Füzuliyə köç davam edir. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Qaradağ rayonunda yerləşən “Qobu park 3” yaşayış kompleksindən 25 ailə – 102 sakin doğma yurduna yola salınıb. Onlar yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Ümumilikdə Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.