Bakıda hava şəraiti kəskin dəyişəcək. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Belə ki, paytaxtda və Abşeron yarımadasında 10 sentyabr tarixinə keçən gecə yağış yağacağı, bəzi yerlərdə leysan olacağı gözlənilir. Bazar günü Şimal-qərb küləyinin 30-34 m/s-dək güclənəcəyi ehtimal olunur.