Bakının Nərimanov rayonu Heydər Əliyev prospektində mərkəz istiqamətində tıxac müşahidə olunur. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən məlumat verir.
Hadisə tunelin girişində qeydə alınıb. Hazırda yol polisləri sıxlığın aradan qaldırılması məqsədilə işlər görürlər.