Bu gün saat 08:30-da Laçın rayonunun Ağanus kəndi ərazisində baş vermiş yol qəzasında xəsarət alan 3 nəfər Bakıya təxliyə edilib. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Dövlət Sərhəd Xidmətinə istinadən məlumat verir.
Qəza zamanı “Toyota” markalı avtomobildə olan “SOCAR” Petroleum QSC-yə məxsus podratçı şirkətin 3 nəfər əməkdaşı – Muxtar Gözəlov, Məhəmməd İbiyev və Anar Qurbanov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlara ilkin tibbi yardım göstərilib, daha sonra Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakı şəhərinə təxliyələri təmin edilib.