Nərimanov rayonunda işıqforlar uzun müddətdir işləmir. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Xəzər Xəbərə istinadən məlumat verir.

Zaur Nudirəliyev küçəsində yeni işıqforlar quraşdırılıb, ancaq uzun zamandır fəaliyyət göstərmir. Bu səbəbdən də sürücü və piyadalar çətinlik çəkirlər. Ərazidə tez-tez qəza baş verir.

“Bir neçə gün əvvəl burada qəza baş vermişdir. Səbəb də işıqforların işləməməsi olub”, – deyə sürücülər şikayət edirlər.

Yerüstü Nəqliyyat Agentliyi məsələ ilə bağlı bildirib ki, texniki işlər hələ tam yekunlaşmayıb. Yaxın zamanda problem öz həllini tapacaq.