Nəsimi rayonunda avtomobil mağazaya çarpılıb. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Hadisə rayonun Hüseynbala Əliyev küçəsi, 5 ünvanında baş verib. Guşbər Feyziyeva metronun “Memar Əcəmi” stansiyası yaxınlığında keçmiş həyat yoldaşı Ceyhunla mübahisə edib. Bu zaman kişi G.Feyziyevanın avtomobilini qaçıraraq zirzəmidə yerləşən aksesuar dükanına girib və hadisə yerindən qaçıb. Nəticədə obyektə 10.000 AZN-ə yaxın ziyan dəydiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Nəsimidə kişi avtomobili qaçıraraq dükana çarpıb
Foto Bakuplus.az