Bakının futbol klubu cərimələnib. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az AFFA-ya istinadən xəbər verir.
“Səbail” FK öz meydanında “Qarabağ”la oyun zamanı meydana kənar şəxslərin daxil olması səbəbindən cəzalandırılıb. Klub 800 AZN məbləğində cərimələnib.
Sözügedən matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.