Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində intihar hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

26 yaşlı Nəcifə Əlifova yaşadığı evdə özünü asaraq öldürüb.

Onun hansı səbəbdən həyatına son qoyduğu məlum deyil. Faktla bağlı araşdırma aparılır.