Xətai rayonunda musiqili konsert keçiriləcək. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq konsert rayon ərazisində yerləşən Heydər Əliyev parkının Amfiteatr səhnəsində baş tutacaq. Proqram 2 hissədən ibarət olacaq. Saat 17:00-dan inklüzivliyi olan şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası, saat 19:00-da isə həssas qrupdan olan şəxslərin tanınmış müğənnilərlə birlikdə konserti keçiriləcək.

Tədbirə gİriş sərbəstdir.