Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Alışma nəticəsində elektrik sayğacı və elektrik kabeli yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Yaxınlıqdakı tikililərə ziyan dəyməyib. Xəsarət alan olmayıb.