Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində uşaq aşmış dəmir darvazanın altında qalaraq ölüb. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.

Yaşayış evinin dəmir darvazası küləyin gücündən 9 yaşlı Ramiz Cəlillinin üstünə aşıb. Cəlilli ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılan zaman yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər Rayon Şöbəsinə təhvil verilib.