Xalq artisti Mənsub İbrahimova yeni vəzifə verilib. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Xalq artistinin sosial şəbəkə hesabına istinadən xəbər verir.
62 yaşlı M.İbrahimov Azərbaycan Milli Konservatoriyasının Muğam (xanəndə) kafedrasının müdiri vəzifəsinə təyin olunub. O, xanəndə və professor Arif Babayevi əvəz edib.
Prezident mükafatçısı olan Mənsum İbrahimov “Leyli və Məcnun” operasında Məcnun, “Aşıq Qərib”də Qərib, “Gəlin qayası”nda Camal, “Sevil”də Azançı rollarını ifa edib.