Bakının Yasamal rayonunda, Mətbuat prospekti, 64 ünvanında yol qəzası baş verib. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
“Mercedes” markalı avtomobil “Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə hər iki maşına ciddi maddi ziyan dəyib. Ərazidə sıxlıq yaranıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.