Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən park yararsız vəziyyətə düşüb. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
30 il öncə istifadəyə verilən park indi zibil poliqonunu xatırladır. Baxımsız qalan ərazidə illərdir ki, təmir və abadlıq işləri aparılmadığına görə yerli sakinlər burada dincələ bilmirlər. Parkda olan futbol və basketbol meydançalarında uşaqların oynaması mümkünsüz olub, attraksionlar isə əsl təhülkə mənbəyidir.
“Oynayanda ya adamın ayağı ilişir, ya yıxılaraq əzilirik. Meydançada şüşə qırıntıları olur”, – deyə uşaqlar şikayət edirlər.
Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara müraciət edibər, lakin problem öz həllini tapmayıb. Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib yoxlanış keçiriblərsə də, vəziyyət dəyişməyib.
Məsələ ilə bağlı Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinə də müraciət göndərilib. Qurumdan verilən məlumata görə, yaxın gələcəkdə orada təmir-bərpa işləri planlaşdırılır.