“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubuna keçib. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az “Adana Demirspor” klubuna istinadən xəbər verir.

Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Demirspor” klubu ilə 2 illik müqavilə imzalayıb. Daha öncə o, “Qarabağ”ın 1 nömrəsi sayılırdı.

“Adana Demirspor” klubu Türkiyə Superliqasında çıxış edir. Hazırda klub 2 oyundan sonra 10-cu yerdədir.