Opera və Balet Teatrında “Arşın mal alan” tamaşası nümayiş olunacaq. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az mədəniyyət ocağına istinadən xəbər verir.
Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rejissoru isə Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Rollarda:
- Atəş Qarayev (Əsgər);
- Fatimə Cəfərzadə (Gülçöhrə);
- Xalq artisti Gülyaz Məmədova (Telli);
Əməkdar artsitlər:
- Cahangir Qurbanov (Soltan bəy);
- Gülüstan Əliyeva (Cahan Xala);
- Səbinə Vahabzadə (Asiya);
- Taleh Yahyayev (Süleyman);
- Sadiq Məlikov (Vəli).
Tamaşa 25 sentyabr saat 19:00-da baş tutacaq. Biletləri Mərkəzləşdirilmiş və “ASAN Xidmət”in kassalarından, eləcə də İticket.az saytından almaq mümkündür.