Paytaxtda motosikletçinin xəsarətləri ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
18 yaşlı Əli Abdulzadə motosiklet idarə edərkən avtomobillə toqquşub.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Gənc aldığı xəsarətlərlə xəstəxanaya aparılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.