Bakıda “Xaliq Faiqoğlu” şirkətinə məxsus 65 saylı marşrut üzrə hərəkət edən avtobusda sərnişinin pul kisəsi tapılaraq sahibinə təhvil verilib. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az şirkətin mətbuat katibi Nizam Rzayeva istinadən məlumat verir.
Pul və şəxsi sənədləri içində olan pulqabı sürücü tərəfindən ofisə təqdim edilib. Bundan sonra əşya sahibinə qaytarılıb.
Şirkətdən bildirilib ki, hər avtobusda müşahidə kameraları mövcuddur və daimi onlayn izləmə aparılır. Bu ilin 8 ayı ərzində daxili işlər orqanlarından daxil olmuş 100-ə qədər sorğuya əsasən, görüntülər aidiyyəti üzrə təqdim edilib.