Bu ilin 2-4 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və 3-cü Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgiləri keçiriləcək. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Sərgilərin iştirakçıları məhsul və xidmətlərini təqdim etmək, potensial alıcı və tərəfdaşlarla işgüzar əlaqələr qurmaq və industriyanın ən müasir trendləri ilə tanış olmaq üçün unikal imkan əldə edəcəklər.
Bakı Ekspo Mərkəzində keçiriləcək tədbirin proqramını buradan və buradan tapmaq mümkündür.