Bakı məktəbləri barədə statistika paylaşılıb. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir.

2023-2024 tədris ilində qurumun tabeliyində olan 318 ümumi təhsil müəssisəsi, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərəcək. Məktəblərdə ümumilikdə 481.131 şagirdin təlim-tərbiyəsi ilə 28.498 müəllim məşğul olacaq.

Məktəbəqədər təhsil müəssisələrində isə 34.995 uşağın təlim-tərbiyəsi ilə 4375 tərbiyəçi-müəllimin məşğul olması gözlənilir.