Bakının Binəqədi rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.

Hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında Bakı-Sumqayıt şosesindən Dairəvi yola keçiddə qeydə alınıb. Yağışlı hava şəraiti səbəbindən “VAZ-2107” markalı avtomobil hərəkətdə olan zaman sürücü idarəetməni itirərək yol kənarındakı beton maneəyə çarpılıb.

Xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.