Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusunda aparılan təmir işləri yekunlaşır. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Binada əsas işlər görülüb: bütün mərtəbələrdə auditoriyalar, inzibati otaqlar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulub, bütün kommunikasiya xətləri, yanğınsöndürmə sistemi yenilənib.
Həmçinin auditoriyalar proyektor, kondisioner və mebellərlə təchiz olunub. Binada qazanxana və drenaj sistemi yenilənib.
Bununla yanaşı, tələbələrin istirahəti üçün müvafiq şərait yaradılıb, həyət abadlaşdırılıb.
Analoji işlər universitetin digər korpuslarında da nəzərdə tutulub.