Paytaxtın Binəqədi rayonunda piyadanın xəsarətləri ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

62 yaşlı Firəngiz Süleymanova yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.