Bakıda sifariş olunan ayıq sürücü sərxoş çıxdı. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az Xəzər Xəbərə istinadən məlumat verir.

Tural Hüseynov bir neçə ay öncə ayıq sürücü sifariş etmişdi. Ancaq sürücü avtomobili idarə etməyə başladıqdan sonra onun sərxoş olduğu məlum olub.

“Avtomobilimi cərimə meydançasına apardılar, 400 AZN də cərimə yazdılar. Şirkət pulu ödəyəcəyini vəd etsə də, 2 aydır pulu ödəyən yoxdur. Şirkət deyir ki, kimə şikayət edirsən, et. Cərimə də şişə-şişə gedir”, – deyə zərərçəkən qeyd edib.

Ayıq sürücü şirkəti məsələ ilə bağlı bildirib ki, həmin gün avtomobili idarə edən şəxs şirkət əməkdaşı Samir Kərimovun dostu olub. O isə ayıq sürücü kimi fəaliyyət göstərmirdi. Bu səbəbdən də bütün məsuliyyət Samir Kərimovun üzərinə düşür.