Nərimanov rayonunda gənc qızı avtomobil vurub. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
26 yaşlı Arzu İbrahimova avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.