Bakının Nəsimi rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı təmizlik və təmir işləri aparılıb. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az Nəsimi Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Küçə və prospektlərdə yağış kürəbənd barmaqlıqlarına baxış keçirilib, kürəbəndlər yuyularaq təmizlənib.
Həmçinin mərkəzi küçə və prospektlərdə hasar və istinad divarlarında cari təmir işləri aparılıb.
