Səbail Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vüqar Zeynalov sakinlərlə görüşüb. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az xəbər verir.

Görüşdə RİH-nin əməkdaşları, eləcə də bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər. Rayon sakinləri sosial problemlərlə bağlı müraciətlər ediblər.

İcra başçısı onları narahat edən məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə yerində müvafiq tapşırıqlar verib.

Səbail rayon icra başçısı sakinlərlə görüş keçirib
Foto Səbail rayon İcra Hakimiyyəti