Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel Chess” turnirində ikinci yeri tutub. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az turnirin rəsmi saytına istinadən məlumat verir.
Qrosmeyster dairəvi sistemdə 10 şahmatçının rapid üzrə “rapid” mübarizəsində uğurla çıxış edib.
Rəcəbov 9 oyun keçirərək 5,5 xal toplayıb. Birinci yeri 7 xalla fransalı şahmatçı Maksim Vaşye-Laqrav tutub.
Yarış iştirakçıları sentyabrın 8-9-da blitsdə də qarşılacaqlar. Turnirdə Teymur Rəcəbov və Maksim Vaşye-Laqravla yanaşı, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) iştirak edirlər.