Azərbaycan Tibb Universitetinin Uşaq cərrahlığı kafedrasının professoru Elmira Pənahova vəfat edib. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Professor 71 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Pənahova 1969-1975-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsində təhsil alıb. 2010-cu ildən Tədris Cərrahiyyə Klinikasında Uşaq cərrahiyyəsi şöbəsinin professoru kimi fəaliyyət göstərirdi.