Bakının Xətai rayonunda ümumi sahəsi 750 kv.m olan ərazidə yanğın olub. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Bir dam altında tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 25 kv.m olan 1 otaqlı evin tavanı və dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 170 kv.m olan 6 otaqlı evin yanar konstruksiyaları, ümumi sahəsi 45 kv.m olan 2 otaqlı evin bir otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb. Evlərin qalan hissələri və qonşu evlər alovdan qorunub. Xəsarət alan olmayıb.