Bakının Xəzər rayonunda velosiped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Müxtəlif vaxtlarda rayon ərazisində 4 nəfərə məxsus velosipedlər oğurlanıb. Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.