Xəzər rayonunda bağban ev sahibini bıçaqlayıb. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Mərdəkan qəsəbəsində baş verib. Ev sahibi olan 40 yaşlı Vüsal Məmmədzadə bağban kimi işləyən şəxslə mübahisə edib və mübahisə bıçaqlanma ilə nəticələnib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.