Bakının Xəzər rayonunda dələduzluq yolu ilə külli miqdarda tərəvəz almaqda şübhəli bilinən şəxslər tutulublar. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Polis bölməsinə verilən məlumata görə, iyulun 26-da bir nəfərdən aldadılaraq 77.000 manat dəyərində tərəvəz məhsulu dələduzluq yolu ilə alınıb.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şübhəli bilinən Bakı şəhər sakinləri Əvəz Kərimov və Sərxan Hüseynov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.