Yeni tədris ilinin başlanması ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qabaqlayıcı tədbirlər həyata keçirməyi planlaşdırılır. Marşrut xətlərinə əlavə avtobuslar sentyabrın 15-dən buraxılacaq. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az Bizim.media-ya istinadən xəbər verir.

AYNA-nın mətbuat katibi Tural Orucovdan əldə olunan məlumata görə, marşrut xətlərinə çıxarılan avtobusların sayını və onların intervalını, sərnişlərin axınına uyğun tənzimlənməlidir.

Sıxlığı azaltmaq üçün və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatdırılması ilə bağlı bir sıra tapşırıqlar verilib.