Bakının “20 Yanvar” metro stansiyası yaxınlığında hərəkət hissəsinə uzanan kişi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
Yayılmış görüntülərdə orta yaşlı kişi avtomobillərin intensiv hərəkətdə olduğu yola uzanaraq siqaret çəkib. O, özünü rahat hiss etmək üçün başının altına balış əvəzində yükünü qoyub.
Ətrafdakı vətəndaşlara məhəl qoymayaraq o, hərəkət hissəsindən qalxmaqdan imtina edib.