Azərbaycan – Belçika futbol matçında azarkeşlər üçün xüsusi avtobuslar yaradılacaq. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az AFFA-ya istinadən xəbər verir.
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən oyun üçün stadiona ödənişsiz nəqliyyat təşkil olunacaq. Belə ki, azarkeşlər Milli Gimnastika Arenasından “Dalğa Arena”ya və geriyə ekspres marşrut avtobuslarından istifadə edə biləcəklər.
Avtobuslar saat 14:45-dən etibarən yola düşəcəklər. Oyun saat 17:00-da başlayacaq.