Bakının Xəzər rayonundakı Gənclər Evində “Fitnes hamı üçün” devizi altında seminar təşkil olunub. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Bakı şəhər Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Seminarda fitnes və bodibildinq üzrə təlimçi Murad Tağıyev sağlam həyat tərzi, fiziki dözümlülük və sağlam qidalanma ilə bağlı maraqlı məlumatlar verib.
Görüşə idmanla məşğul olan və maraqlanan 25 gənc qatılb.
