Bakı həbsxanasında məhkum ölüb. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.

41 yaşlı E.Mamedov paytaxtdakı cəzaçəkmə müəssisələrinin birində dünyasını dəyişib. Onun xəstəlik səbəbindən öldüyü bildirilir.

Mərhum 2020-ci ilin iyul ayında İmişli rayonu Bəhramtəpə qəsəbəsi ərazisində sərhəddən 5 kiloqram 10 qram narkotik keçirmək istəyən zaman saxlanılmışdı.