Bakının Qaradağ və Səbail rayonlarında içməli suyun verilişində fasilə yaranacaq. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən məlumat verir.

Son günlər rayonlarda intensiv yağıntılara görə Kür Sutəmizləyici Qurğular Kompleksində və Kür-Bakı magistral su kəmərində zəruri təmir-bərpa işləri aparılır. İşlər başa çatdıqdan sonra suyun verilməsi bərpa olunacaq.