Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyasının görüşünə gələn Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Görüş zamanı İran nümayəndələri Ermənistanın bölgədə sabitliyə və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətlərindən narahatlığını ifadə ediblər.

14:13 – Bu gün Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçiriləcək

Bu gün, 9 sentyabr tarixində paytaxtda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçirilməsi nəzərdə tutulub. Bu haqda Bakuplus.az APA-ya istinadən məlumat verir.

Verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq. İclasda iştirak etmək üçün İran Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

İran deleqasiyasında İran müdafiə nazirinin müavini, briqada generalı Mehdi Fərhi də var.