Azərbaycanın Xalq artisti Tofiq Ağababayevin 95 yaşı tamam olub. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az xəbər verir.

Bu gün mədəniyyət naziri Ağababayev ilə görüş keçirib. Tədbirdə Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, mədəniyyət nazirinin müavinləri və nazirliyin əməkdaşları iştirak ediblər. Görüşdə nazirliyin Fəxri diplomu rəssama təqdim olunub.

Tofiq Ağababayev Baron Ştiqlist adına Sankt-Peterburq Rəssamlıq Akademiyasının Keramika-şüşə fakültəsinini bitirib. Rəssamın əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, London, Kanada, ABŞ muzeyində və bir çox başqa muzeylərdə, şəxsi qalereyalarda saxlanılır.

Sənətkar Bakının ilk baş rəssamı vəzifəsində işləyib, həmçinin paytaxtımızın simvolik açarının düzəldiməsi də onun adı ilə bağlıdır.

Bu gün Xalq artisti Tofiq Ağababayevin doğum günüdür
Foto Report.az