Bakının Səbail rayonunun Dənizkənarı Milli Park ərazisində suya düşən qadın xilas olunub. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.

Sentyabrın 8-i axşam saatlarında FNH-in qaynar telefon xəttinə bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. Hadisə yerinə dərhal xilasedicilər cəlb olunublar.

Xilasedicilərin keçirdikləri tədbirlər nəticəsində 34 yaşlı Ş.Cəfərova sudan çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.