Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsi yolunda qırılan kanalizasiya qapağı təhlükə yaradır. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verib.

Sakinlərin sözlərinə görə, “Komsomol dairəsi”nə gedən yolda bir həftədən çoxdur ki, lükün qapağı bu vəziyyətdə qalır. Pik saatlarında yaranan tıxaclar zamanı isə bu, daha ciddi təhlükəyə çevrilir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (keçmiş “Azərsu”) sözçüsü Anar Cəbrayıllı bildirib ki, qapağın sınmasına çoxtonnajlı yük maşınlarının hərəkəti səbəb olub. Əraziyə baxış keçiriləcək və qapaq yenisi ilə əvəz olunacaq.