“Metropark”da konsert proqramı təşkil olunacaq. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az ticarət mərkəzinə istinadən xəbər verir.
Şəhid və qazi ailələrinin övladları üçün “Metropark” alış-veriş mərkəzində konsert baş tutacaq. Tədbirdə Azərbaycanın məşhur simalarının çıxışı ilə yanaşı, uşaqlar üçün əlavə sürpriz hədiyyələr və əyləncəli oyun növləri təqdim olunacaq.
Konsert 12 sentyabr saat 15:00-da ticarət mərkəzinin 7-ci mərtəbəsində keçiriləcək.