Nəsimi rayonunda iməcilik keçirilir. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Təmizlik-abadlıq işləri çərçivəsində prospekt və küçələrin səki kənarları, bordürlər, işıq dirəkləri, reklam lövhələri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerləri və ətrafı təmizlənir.
Bundan əlavə, yağış kürəbəndləri də yuyularaq, təmiz hala gətirilir.
