Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Hadisə bu gün, sentyabrın 9-u saat 03:55-də baş verib. Bu haqda Bakuplus.az Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.

Atəş Ermənistan silahlı qüvvələri bölmələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərindən qeydə alınıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.