Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

28 yaşlı Emin Həsənov motosikleti idarə edərkən avtomobilə çarpılaraq xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb, həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.