Nizami rayonunda 2 qardaş yol qəzasına düşüb. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
29 yaşlı Ramin və 26 yaşlı İsmayıl Məmmədovlar 2 avtomobilin toqquşması nəticəsində xəsarət alıblar. Onlar qapalı kəllə-beyin travması və baş beyinin əziyi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Təfərrüatlar araşdırılır.