Nizami rayonunda piyada qadını avtomobil vurub. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Qara Qarayev prospektində baş verib. 46 yaşlı Aypara İsmayılova avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Təfərrüatlar araşdırılır.