Metro vaqonunda siqaret çəkən şəxs saxlanılıb. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Sentyabrın 9-da metro vaqonunda naməlum şəxsin siqaret çəkməsi ilə bağlı videogörüntülər yayılmışdı. DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevdən verilən məlumata görə, o, müəyyən olunaraq saxlanılıb.

Hazırda araşdırmalar davam edir.